29/04/2020
19:37
3915
| A A A
Dünyanın ən yaxşı gənc futbolçuları açıqlandı - SİYAHI

ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.

Goal.az xəbər verir ki, siyahıya yaşı 21-dən az olan olan oyunçular daxil edilib. İlk pillədə Fransa millisinin və PSG-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.

İkinci sırada Borussia Dortmund-da çıxış edən Ceydon Sanço yer alıb.

Liverpool-dan Trend Aleksander-Arnold isə sıralamada 3-cüdür.

Növbəti sıralarda Real Madrid-dən Vinisius Junior, Bayer Leverkusen-dən Kay Haverts, Milan-dan Canluici Donnarumma, Borussia-dan Erlinq Holand, Real Madrid-dən Federiko Valverde və Atletico Madrid-dən Joau Feliks yer alıblar. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6052 səs