Fellainidən keçmiş klubuna 3 milyonluq dəstək
Belçikanın Standart klubu maliyyə çətinliyi yaşayır.
Goal.az xəbər verir ki, klub maliyyə zəmanətini təqdim etmədiyindən hələ ki, növbəti mövsüm üçün lisenziya ala bilməyib.
Standart-ın keçmiş futbolçusu Maruan Fellaini isə sabiq klubuna yardım etməyi qərara alıb. O, yetirməsi olduğu kluba 3 milyon borc verməyə hazır olduğunu bildirib.
Standart-ın lisenziya almaq üçün mayın 5-nə qədər vaxtı var.
Qeyd edək ki, Belçika millisinin sabiq üzvü hazırda Çinin Shangong Lunen klubunda çıxış edir.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR