05/06/2020
15:25
1964
| A A A
Ronaldo ilkə imza atdı

Juventus-un hücumçusu Kriştiano Ronaldo daha bir tarixi göstəriciyə imza atıb.

Goal.az xəbər verir ki, Ronaldo ilk milyarder futbolçu kimi tarixə düşüb.

Ronaldo karyerası ərzində 1 milyard dollar qazanan üçüncü idmançıdı. Daha əvvəl qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer bunu bacarmışdılar.

Portuqaliyalı futbolçu 17 illik karyerasında müxtəlif klublardan toplam 650 milyon dollar maaş alıb. O, qalan vəsaiti sponsorluq müqavilələri hesabına əldə edib.

Qeyd edək ki, ötən il Ronaldo 105 milyon avro qazanmışdı.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8971 səs