13/07/2020
14:59
1604
| A A A
Məşhur futbolçunun qardaşı güllələndi

Tottenham-in futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye güllələnib.

Goal.az xəbər verir ki, hadisə səhər saatlarında Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib.

Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Orye 26 yaşında vəfat edib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Kristofer Orye həvəskar liqada çıxış edirdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12427 səs