09/03/2021
18:48
2594
| A A A
Villarreal-ın sabiq futbolçusunun cəsədi tapıldı

Bir neçə gün əvvəl Uruqvayda çayı keçmək istəyərkən yoxa çıxan Villarreal-ın sabiq futbolçusu Franko Akostanın cəsədi tapılıb.

Goal.az xəbər verir ki, bu barədə ispan klubunun mətbuat xidməti məlumat yayıb.

Akosta, Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxmışdı. İki gün davam edən axtarışlar nəticəsində dünən 25 yaşlı mərhum hücumçunun cəsədi Pando çayında tapılıb.

Qeyd edək ki, 2018-2020-ci illər aralığında Villarreal-da çıxış edən Akosta 2020-ci ilin yayından Uruqvayın Atenas komandasının formasını geyinirdi.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11286 səs