01/04/2021
10:40
1142
| A A A
AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək

Azərbaycan Futbol Federasiya Assosasiyası tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Goal.az milli assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.

Belə ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağı asılıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs