04/04/2021
19:37
3762
| A A A
Millinin sabiq üzvünə 11 illik həbs cəzası

Kolumbiya milli komandasının sabiq futbolçusu Con Viafara həbs olunub.

Goal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi narkotik qaçaqmalçılığına görə 11 illik həbs cəzasına məhkum edilib.

Viafara ötən ilin mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.

Karyerası ərzində Portsmouth, Southampton və Real Sociedad kimi klublarda forma geyinən Viafara, 2015-ci ildə karyerasını bitirib. Keçmiş yarımmüdafiəçi 43 dəfə də Kolumbiya milli komandasının şərəfini qoruyub.(matc)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs