15/04/2021
12:58
1109
| A A A
Messi Cənubi Amerika futbolçularına vaksin almağa kömək etdi

Barcelona-nın futbolçusu Lionel Messi Çindən Cənubi Amerika futbolçuları üçün koronavirusa qarşı vaksinlərin 50 000 dozasını almağa kömək edib.

Goal.az xəbər verir ki, arqentinalı hücumçu bu yay keçiriləcək Amerika Kubokundan əvvəl qitənin bütün futbolçularının vaksinləşmə planının gerçəkləşməsində iştirak edir. Çinin əczaçılıq firması “Sinovac”la saziş Uruqvay prezidenti Luis Lakal Pounun vasitəçiliyi ilə bağlanıb.

Vaksinlərin bir hissəsi Argentinanın birinci divizionunun 26 klubuna çatdırılacaq. KONMEBOL rəsmisi Qonsalo Belloso bildirib ki, bu liqanın bütün komandalarını peyvəndlənməsi planlaşdırılır: "Biz istəyirik ki, Amerika Kubokundan əvvəl bütün futbolçular peyvənd edilsin və onlardan hər hansı biri oynaya bilsin". (report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs