15/04/2021
13:29
1363
| A A A
İranda futbol matçının canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

İranın dövlət telekanalında İngiltərə Premyer Liqasının XXXI turunun Tottenham - Manchester United oyununun canlı yayımı dəfələrlə kəsilib.

Goal.az xəbər verir ki, buna matçın yan xətt hakiminin qadın olması səbəb olub.

Sian Messi adlı hakim meydana qaydalara uyğun olaraq, şort və dizliklə çıxıb. O, hər dəfə ekranda görünəndə telekanal Tottenham stadionunun yuxarıdan çəkilmiş görüntüsünü nümayiş etdirib. Nəticədə yayım 100 dəfədən çox kəsilib.

Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs