15/04/2021
20:20
1271
| A A A
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

Goal.az xəbər verir ki, 40 yaşlı referi 90 gün müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin Ventspils (Latviya) - Bordeaux (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Nəticədə qitə futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11286 səs