23/04/2021
15:55
1517
| A A A
UEFA prezidenti qurumun gəlirlərinin azalması fonunda maaşını artırıb

UEFA prezidenti Aleksandr Çeferinin maaşı 2019/2020-ci illər mövsümün nəticələrinə görə 450 min avro artıb.

Goal.az xəbər verir ki, beləliklə, vergiləri çıxmamaq şərtilə, Çeferinin gəliri 2,19 mln avro təşkil edib.

Məlumata görə, UEFA prezidenti ildən ilə öz maaşını artırıb. O, vəzifəsinin icrasının birinci ilində 1,41 mln avro alıb. Ceferin növbəti mövsümdə maaşını eyni səviyyədə saxlayıb, amma 2018/2019-ci illər mövsümündə gəlirini 1,74 mln avroya, sonrakı mövsümdə isə 2,19 mln avroya çatdırıb.

Ümumilikdə 2016-cı ildə vəzifəsinə təyin olunandan sonra UEFA prezidenti təxminən 6,76 mln avro qazanıb.

Qeyd edək ki, 31 iyun 2020-ci ildə bitən maliyyə ilinin nəticələrinə görə UEFA-nın gəlirləri koronavirus pandemiyası səbəbindən 21 % azalıb.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs