27/04/2021
14:27
1028
| A A A
UEFA İbrahimoviçlə bağlı araşdırmalara başlayır

UEFA Milan və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviçin mərc oyunları biznesində iştirakını araşdıracaq.

Goal.az xəbər verir ki, artıq bunun üçün xüsusi müfəttiş təyin olunub.

40 yaşlı forvard 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib.

FIFA və UEFA-nın reqlamentinə görə, mərc oyunları ilə əlaqəsi olan futbolçular bu iki qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə Milan-la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub.

Təcrübəli oyunçunun günahı sübuta yeitirilsə, futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq.

Qeyd edək ki, "Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs