28/04/2021
12:56
1223
| A A A
Berbatov prezident olmaq istəyir

Bolqarıstan millisinin sabiq üzvü Dimitar Berbatov federasiya prezidenti olmağa hazırlaşır.

Goal.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Bolqarıstan Futbol Federasiyasının prezident seçkilərinə qatılacağını bildirib. Seçkilər iyunun 25-də Sofiyada keçiriləcək.

Qeyd edək ki, Bolqarıstan millisinin ən yaxşı bombardiri (48 qol) olan Berbatov peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs