07/05/2021
11:26
1766
| A A A
PSG-nin sabiq qapıçısı evində ölü tapıldı

PSG-nin sabiq qapıçısı Kristof Reva dünyasını dəyişib.

Goal.az xəbər verir ki, 49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristof Reva daha çox ölkəsi Fransadakı çıxışları ilə məşhur olub. 1996 - 1998-ci illərdə PSG-nin şərəfini qorumuş mərhum qapıçı Rennes və Toulouse komandalarında da çıxış edib. O, 3 dəfə çemionatın ən yaxşı qolkiperi seçilib.(report)