08/05/2021
13:23
1225
| A A A
Məşhur müğənni İngiltərə klubunun forma sponsoru oldu

İngilis müğənni Ed Şiran İngiltərə klubuna sponsorluq edəcək.

Goal.az xəbər verir ki, 30 yaşlı müğənni İpswich Town klubunun yeni mövsümdə forma sponsoru olacaq. Bu barədə Şiran özü açıqlama yayıb.

Uşaqlıqdan klubun azarkeşi olan Şiran, sevimli komandasına dəstək olmaq üçün belə addım atıb.

Ed Şiranın 2017-ci ildə buraxdığı “Divide” musiqi albomu dünyanın ən çox satılan albomu olub.

İpswich Town İngiltərənin 1-ci liqasında mübarizə aparır. (matc)