18/05/2021
12:26
1569
| A A A
Ronaldo avtomobillərini Turindən Lissabona göndərdi - VİDEO

Juventus-un və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo bütün avtomobillərini Turin şəhərindən çıxarıb.

Goal.az xəbər verir ki, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.

İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay Sporting-ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSG-sinin maraqlandığını yazıb.

Qeyd edək ki, Juventus İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdə gedir və Çempionlar Liqasına vəsiqə verən 3-4-cü pillələrdəki Milan və Napoli-dən 1 xal geri qalır. Sporting isə Portuqaliya çempionu olub. Kriştianu Ronaldonun ilk peşəkar klubu məhz Sporting (2002 - 2003) olub. (report)