20/05/2021
22:43
4932
| A A A
DÇ-1994-ün finalını idarə etmiş referi vəfat etdi

DÇ-1994-ün finalında Braziliya - İtaliya oyununu idarə etmiş baş hakim Şandor Pul vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.

66 yaşında dünyasını dəyişən Pulun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Braziliya - İtaliya matçının əsas və əlavə vaxtı qolsuz başa çatıb. "Sambaçılar" rəqibini penaltilər seriyasında 3:2 hesabı ilə üstələyib.

Şandor Pul Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) seçiminə əsasən ardıcıl üç dəfə ilin hakimi seçilib. O, Macarıstan Futbol Federasiyası Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.