27/05/2021
15:35
1567
| A A A
Real Madrid-in stadionu yandı

Madriddəki Santyaqo Bernabeu stadionunda yanğın hadisəsi qeydə alınıb.

Goal.az xəbər verir ki, Real Madrid-in təmirə bağlanan stadionunda üzərinə izolyasiya materialı qoyulan qüllələrdən biri alışıb.

Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər alovu nəzarətə götürüb. Yenidənqurma işləri aparılan arenaya dəyən ziyan barədə dəqiq məlumat verilməyib.