01/06/2021
13:57
1786
| A A A
Avropa Super Liqası UEFA və FİFA-nı məhkəməyə verdi

Avropa Super Liqası FİFA və UEFA-ya qarşı Avropa Ədalət Məhkəməsinə iddia qaldırıb.

Goal.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti tərəfindən məlumat verilib.

Bildirilib ki, Super Liqa rəsmiləri rəqabət qanununun pozulduğunu əsas gətirərək, adıçəkilən qurumlardan şikayətçi olub.

Qeyd edək ki, aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində Real, Juventus və Barcelona istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər.

UEFA bir neçə gün öncə Real, Barcelona və Juventus klublarına qarşı intizam işi açdığını elan edib. Belə bir qərar etika və intizam məsələləri üzrə inspektorların apardığı araşdırmalardan sonra qəbul edilib. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb. Proseslə bağlı əlavə informasiyanın daha sonra veriləcəyi vurğulanıb.