06/06/2021
11:56
1720
| A A A
Arsenal-ın keçmiş futbolçusu karyerasını bitirdi

İsveçrə milli komandasının və Arsenal-ın keçmiş futbolçusu Yohan Djuru karyerasını bitirib.

Goal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə instaqram hesabında paylaşım edib. O, 17 illik futbolçu karyerasını bitirdiyini deyib.

Djuru karyerası ərzində Almaniyada Hamburg, Hannover, İngiltərədə Arsenal, Birmingham, İtaliyada SPAL, Türkiyədə Antalyaspor kimi klublarda çıxış edib. Müdafiəçinin son klubu Danimarka Nordsjælland-ı olub.

Djuru İsveçrə millisində 76 oyunda 2 qol vurub.