08/06/2021
11:56
1379
| A A A
Modriç ilin ən yaxşısı seçildi

Xorvatiya Futbol İttifaqı 2020/2021 mövsümündə ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, İspaniyanın Real klubunun yarımmüdafiəçisi Luka Modriçdir.

35 yaşlı futbolçu ötən mövsüm Madrid klubunun heyətində 48 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Modriç karyerası ərzində 8-ci dəfə ölkəsinin ən yaxşısı seçillib.