09/06/2021
19:43
1407
| A A A
UEFA rusiyalı referiyə ağır cəza verdi

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkinlə bağlı yekun qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, 40 yaşlı referi 10 il müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin Ventspils (Latviya) - Bordeaux (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.