15/06/2021
09:30
2421
| A A A
Ronaldo Coca-Cola-dan imtina etməyə çağırdı - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo AVRO-2020-nin mətbuat konfransında azarkeşləri Coca-Cola içkisindən imtina etməyə və sadə su içməyə çağırıb.

Goal.az xəbər verir ki, Ronaldo mətbuat mərkəzində öz yerini tutan zaman reklam məqsədilə onun qarşısına Coca-Cola içkisinin iki butulkası qoyulduğuna fikir verir. Futbolçu qazlı içkini özündən kənarlaşdıraraq, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əlini nümayişkaranə şəkildə yelləyib.

Həmin videogörüntünü təqdim edirik: