19/06/2021
11:23
1861
| A A A
Ronaldo instaqramda rekorda imza atdı

Portuqaliya yığmasının və Juventus-un hücumçusu Kriştiano Ronaldo ilk dəfə olaraq instaqramda 300 milyon abunəçi toplayıb.

Goal.az xəbər verir ki, idman dünyasında Ronaldonun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. Barcelona-nın kapitanının 219 milyon abunəçisi var. PSG-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.

Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldodan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici).