23/06/2021
19:47
1298
| A A A
AVRO-2020: Stadiona girən qadın azarkeşə qadağa qoyuldu

Avropa çempionatının III turunun Finlandiya - Belçika matçında meydana girən qadın azarkeş bir daha oyunları izləyə bilməyəcək.

Goal.az xəbər verir ki, Tibb Universitetinin 20 yaşlı tələbəsinin fanat pasportu (Fan ID) blok edilib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilmiş görüş Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0. (report)