31/07/2021
13:24
1353
| A A A
Ferqyusona heykəl qoyulacaq

Şotlandiyanın Aberdeen klubu 1978-1986-cı illərdə komandanı çalışdırmış Aleks Ferqyusona heykəl qoyacaq.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ferqyusonun bürünc heykəli Aberdeen-in stadionunun ərazisində qoyulacaq.

Ferqyuson Aberdeen-lə 1979/1980 mövsümündə Şotlandiya çempionatının qalibi olub. Şotland mütəxəssis 1986-2013-cü illər aralığında isə İngiltərənin Manchester United komandasını çalışdırıb.