02/08/2021
11:28
1835
| A A A
Smollinq yenə soyğunçulara hədəf oldu

İki soyğunçu Roma-nın müdafiəçisi Kris Smollinqin evinə girməyə çalışıb.

Goal.az xəbər verir ki, oğrular Romadakı mülkün bağında olarkən izləmə sistemi ilə aşkarlanıblar.

Mühafizəçilər dərhal polisə zəng vursa da, soyğunçular aradan çıxmağa imkan tapıb.

Hadisə zamanı futbolçu və ailəsi Roma-nın hazırlıq keçdiyi Portuqaliyada olub.

Qeyd edək ki, Smollinqin İtaliyanın paytaxtındakı evi bu ilin aprelində qarət edilmişdi. Yazda üç silahlı kişi Smollinqi hədələyərək seyfi açdırmış, saatını və müxtəlif dəyərli əşyalarını aparmışdılar.