23/08/2021
18:28
2457
| A A A
İbrahimoviç haqqında filmin premyerası təxirə salınıb

Milan-ın futbolçusu Zlatan İbrahimoviç haqqında çəkilmiş "Mən Zlatanam" adlı filmin premyerası təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə isveçli hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

O, treylerin ilkin nümayişinin 2022-ci il yanvarın 14-də olacağını açıqlayıb.

Premyera əvvəlcə sentyabrın 10-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən çəkilişlər gecikib.

Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.

Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç Malmö-sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Ajax, Juventus, İnter və Milan, Barcelona, PSG, Manchester United və Los-Angeles Galaxy komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm Milan-a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub. (report)