04/09/2021
12:28
4512
| A A A
Ronaldo karantində qalacaq

Sentyabrın 3-də İngiltərəyə gedən Manchester United-in futbolçusu Kriştiano Ronaldo 5 gün karantində qalacaq.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı yerli hökumətə müraciət edib, lakin müsbət cavab almayıb.

Portuqaliyalı oyunçu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.