21/09/2021
12:23
3638
| A A A
Kriştiano Ronaldonu aldadıblar

Manchester United-in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo dələduzluğun qurbanına çevrilib.

Goal.az xəbər verir ki, turizm agenti adı altında fəaliyyət göstərən dələduz xanım futbolçunu 288 min avro ziyana salıb.

Özünü turizm agenti kimi təqdim edən 53 yaşlı qadın futbolçudan baş tutmayan 200-ə yaxın gəzinti üçün pul alıb. Məsələ burasındadır ki, futbolçu öz kart hesabını və digər məxfi məlumatları illər öncə həmin qadına veribmiş. Bir neçə il ərzində adı açıqlanmayan qadın hesabdan hissə-hissə, ümumilikdə 288 min avro pul çıxarıb.

Məlumatda qeyd olunur ki, dələduz tanınmış futbolçu Luiş Nani, Manuel Fernandeş və Ronaldonun meneceri Jorje Mendeşi də aldatmaqda şüphəli bilinir.

Qeyd edək ki, 2017-ci ildə qadını törətdiyi əməllərə görə həbs ediblər. Hazırda "turizm agenti" 4 ildir ki, dustaq həyatı yaşayır və dələduzluq yolu ilə əldə etdiyi pulları hissə-hissə geri qaytarır.