Ansu Fati qərar verməlidir
Barcelona-nın hücumçusu Ansu Fati bud nahiyəsindən aldığı zədə səbəbindən əməliyyat olmaq istəmir.
Goal.az xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu iki aya qədər sıradan çıxa bilər, amma əməliyyat olunarsa, sağalma prosesi təxminən 3-4 ay çəkəcək.
Qeyd olunur ki, Barcelona həkimləri əməliyyatın tərəfdarıdır. Fatinin müalicəsi ilə bağlı yekun qərarın sabah veriləcəyi gözlənilir.