13/05/2022
13:36
948
| A A A
Napoli-nin baş məşqçisi istefa versə, oğurlanmış avtomobili qaytarılacaq

Napoli-in baş məşqçisi Luçano Spalettiyə oğurlanmış avtomobilinin qaytarılacağı söz verilib.

Goal.az xəbər verir ki, bu, 63 yaşlı mütəxəssisin istefası təqdirində gerçəkləşəcək.

Spalettinin "Fiat Panda" markalı maşını 2021-ci ilin oktyabrında Neapolda yaşadığı otelin parklama sahəsindən aparılıb. İndi oğrular "Napoli"yə məxsus stadion önünə "16-10-21. Spaletti, getsən, maşınını qaytaracağıq" yazılmış banner yerləşdiriblər.

Daha əvvəl klub prezidenti Aurelio De Laurentis gələn mövsüm də hazırkı baş məşqçi ilə davam edəcəklərini açıqlayıb.

Qeyd edək ki, Napoli mövsümün sonuna 2 tur qalmış A Seriyasında 3-cü yerdə gedir. Neapol komandası çempionluq mübarizəsindən çəkilsə də, Çempionlar Liqasına vəsiqəni təmin edib. (report)