05/08/2022
15:19
573
| A A A
AFFA rəhbərliyi İslamiadaya yollanacaq Azərbaycan millisi ilə görüşüb

AFFA rəhbərliyi Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Goal.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki Milli komandaların məşq mərkəzində keçirilən görüşə vitse-prezidentlər Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə qatılıb.

Onlar milli üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Yığmanın baş məşqçisi Samir Əliyev göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan millisi V İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, avqustun 10-da İran, avqustun 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.