17/08/2022
15:49
3335
| A A A
Maykl Cordan məşhur brendə gündəlik 15 milyon dollar qazandırır

Əfsanəvi sabiq basketbolçu Maykl Cordan əməkdaşlıq etdiyi Nike brendinə ciddi gəlir gətirir

Goal.az xəbər verir ki, bu barədə ABŞ tarixçisi Con Erlixman yerli mətbuata açıqlama verib.

O bildirib ki, dünya şöhrətli firmanın "Air Jordan" adlı idman ayaqqabıları dünyanın bir çox yerində sürətlə satılır.

Erlixmanın araşdırmasına görə, veteran oyunçu dünyaca məşhur firmaya gündəlik 15 milyon ABŞ dolları qazandırır. Bu isə hər 5 saatda təqribən 3 milyon ABŞ dolları məbləğində gəlir deməkdir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI