20/08/2022
11:59
2801
| A A A
Renat Dadaşov koronavirusa yoluxub

Azərbaycan millisinin və İsveçrə Grasshopper-inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, səfərdə Sion-la 2:2 hesablı heç-heçə etdikləri 5-ci tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran hücumçu komandaya qoşulub. Futbolçunun İsveçrə kubokunda bu gün Vettsville-ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Dadaşov hazırda 3 qolla Grasshopper-in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI