03/09/2022
15:20
4623
| A A A
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ilin ilk 8 ayı ərzində ən çox qol vuran futbolçular bəlli olub.

Goal.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSG klubunun hücumçusu Kilian Mbappe başçılıq edir.

24 yaşlı hücumçu bu müddət ərzində 32 qola imza atıb.

Braziliyanın Fluminense klubundan German Kano 31 qolla 2-ci, İspaniya Real Madrid-indən Kərim Benzema 29 qolla 3-cü pillədə qərarlaşıb. (report)