10/09/2022
19:24
922
| A A A
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sisteminin yenilənməsinə başlanılıb.

Goal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bunun Şamaxıda, Gəncədə və Tovuzda da olmasını arzu edirlər: "Tarix açıqlamaq tezdir. Amma klubların rəhbərliyi və digər qurumlarla ilkin müzakirələr gedib. Planlarımız çoxdur. Klublarla hər şeyi danışmağa, hazırda həlli mümkün olmayan məsələləri ən azından gündəmə gətirib, gələcəkdə görüləcək işlərin sırasına salmağa çalışırıq". (report)