14/09/2022
15:23
1357
| A A A
UEFA İngiltərə klublarının müraciətini rədd edib

İngiltərənin Çempionlar Liqasında mübarizə aparan klubları matçlarından öncə Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə əlaqədar İngiltərə milli marşının səsləndirilməsi üçün UEFA-ya müraciət ediblər.

Goal.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Marşın mətnində "Tanrı kralı qorusun" (God save the king) sözləri yer alıb. Klublar kraliçanın vəfatından sonra taxta oğlu Çarlın keçməsi səbəbindən belə addım atıblar. Yas elan edilən Böyük Britaniyadakı ÇL matçlarında turnirin himninin səsləndirilməməsinə qərar verən UEFA İngiltərə klublarının marş istəyini də rədd edib.