03/10/2022
20:00
1565
| A A A
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya Regional Liqasında çıxış edən Hempel Leipzig-in futbolçusu Denis Yepel oyun vaxtı başını beton divara çırpıb.

Goal.az xəbər verir ki, hadisə Chemnitzer-lə matçda yaşanıb.

Yepel hücumların birində özünü saxlaya bilməyib və divara çırpılıb. Komanda yoldaşları və tibbi heyət oyunçuya köməklik edib. Onun həyatı üçün təhlükə yoxdur. (report)