11/01/2023
14:48
1671
| A A A
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin üçüncü onilliyinin bombardirlərini açıqlayıb.

Goal.az xəbər verir ki, 2021 və 2022-ci illərin cəmində ən çox qol vuran futbolçuların siyahısı bəlli olub.

Cədvələ polşalı Robert Levandovski başçılıq edir. Ulduz futbolçu 2021-ci ilin martından bəri liderliyi heç kimə verməyib. Geridə qalan iki il ərzində cəmi iki oyunçu 100 qol həddini keçə bilib ki, bunu bacaran digər futbolçu fransalı Kilian Mbappedir.

Siyahıda üçüncü onilliyin ilk iki ilində 50 və daha çox qol vuran 49 oyunçu yer alıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI