Memfis Depay cərimələnə bilər
Barcelona-nın futbolçusu Memfis Depay komandanın məşqini buraxdığına görə cəzalandırıla bilər.
Goal.az xəbər verir ki, niderlandlı futbolçunun İspaniya kubokunda Ceuta ilə oyun öncəsi məşqə çıxmaması məşqçilər korpusunu təəccübləndirib. Baş məşqçi Xavi 28 yaşlı forvardın bu hərəkətinə qəzəblənib.
Bildirilir ki, klub futbolçuya qarşı maliyyə tədbirlərinin tətbiq edəcək. Onun cərimələnəcəyi gözlənilir.