20/01/2023
14:18
1005
| A A A
UEFA İcraiyyə Komitəsinin builki ilk iclasının gündəliyi açıqlanıb

UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının gündəliyi açıqlanıb.

Goal.az xəbər verir ki, yanvarın 25-də İsveçrənin Nyon şəhərində baş tutacaq toplantıda vacib məsələlər müzakirə olunacaq.

Gündəlikdə duran əsas mövzular aşağıdakılardır:

- AVRO-2024-dən sonra kişilərdən ibarət milli komandalar arasında keçiriləcək yarışların formatları

- 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2025-ci il Avropa çempionatının final oyunun ev sahiblərinin seçilməsi

- Futzal üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün final mərhələsini qəbul edəcək ölkələrin müəyyənləşdirilməsi

- 21 yaşadək futbolçular arasında 2023-2025-ci illər Avropa çempionatının reqlamenti

- UEFA Millətlər Liqası və seçmə mərhələ də daxil olmaqla qadınlar arasında 2023-2025-ci illər Avropa çempionatının reqlamenti

İcraiyyə Komitəsinin növbəti iclası aprelin 4-də - UEFA-nın 47-ci Konqresindən bir gün əvvəl Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI