Barcelona klubunun sabiq futbolçusu həbs olunub
Barcelona klubunun sabiq futbolçusu Xavi Torres həbs edilib.
Goal.az xəbər verir ki, son olaraq ölkəsində Lugo-nun formasını geyinən yarımmüdafiəçi danışılmış oyunların təşkilində iştirak etməkdə günahkar bilinib.
Bu səbəbdən Torres 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb. 2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı oyunçunun bu işdə İspaniyanın Osasuna klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.
Qeyd edək ki, Xavi Torres 2007-2009-cu illərdə ölkəsinin Barcelona klubunda çıxış edib.