21/01/2023
19:00
2096
| A A A
Meksika klubu saxlanılan məşhur futbolçunun müqaviləsini ləğv edib

Meksikanın Pumas klubu Braziliya millisinin sabiq futbolçusu Dani Alveşlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun Qəyyumlar Şurasının sədri Leopoldo Silva mətbuat konfransında bildirib.

O, İspaniyada saxlanılan 40 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyini söyləyib.

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub. Təcrübəli futbolçu məhkəmə qarşısında ifadə verəcək. Onun Pumas-la sözləşməsi yayda başa çatmalı idi. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI