23/01/2023
14:50
3852
| A A A
İlin ən yaxşı ərəb idmançısı müəyyənləşdi

PSG və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib.

Goal.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçu dünən Ər-Riyadda keçirilən Joy Awards mərasimində nüfuzlu mükafata layiq görülüb. Futbolçu tədbirdə anası ilə birlikdə iştirak edib.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Hakimi Mərakeş millisi ilə birgə turnirin yarımfinalına çıxıb və bu mərhələdə Fransaya uduzub (0:2). 

GÜNÜN ƏN ÇOX OXUNANLARI