25/01/2023
16:00
653
| A A A
UEFA Rusiya yığmaları və klubları ilə bağlı sanksiyaları davam etdirəcək

UEFA Rusiya yığmaları və klubları ilə bağlı sanksiyaları davam etdirəcək.

Goal.az xəbər verir ki, bu barədə "Sky News" nəşri xəbər yayıb.

Bildirilib ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya milli komandaları və klublarının Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirakına qoyulmuş qadağa qüvvədə saxlanılacaq.

İddiaya görə, UEFA İcraiyyə Komitəsinin yanvarın 25-də keçiriləcək iclasında UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququn Kazan şəhərindən alınacaq.

Qitə futbol qurumunun yalnız Ukraynadakı müharibə başa çatacağı təqdirdə sanksiyaları dayandıracağı gözlənilir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI