Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək.
Goal.az xəbər verir ki, 56 yaşlı sloveniyalı funksioner bu posta yeganə namizəddir.
O, rəqibi olmadığı üçün aprelin 5-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçiləcək.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir. (report)