21/02/2023
13:22
3882
| A A A
Real Madrid-in fəxri prezidenti dünyasını dəyişib

Real-ın əfsanəvi futbolçusu və klubun fəxri prezidenti Amansio Amaro 83 yaşında vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

O, 1962-1976-cı illərdə Real-da oynayıb, klubla 9 İspaniya çempionluğu, 3 Kral kuboku qazanıb və 1966-cı ildə UEFA Çempionlar Liqasının qalibi olub. A.Amaro 14 mövsümdə Madrid təmsilçisində 471 oyuna çıxıb və 155 qol vurub.

2022-ci ildən o, klubun fəxri prezidenti idi.

Qeyd edək ki, A.Amaro 1964-cü ildə Avropa çempionu olduğu İspaniya millisinin heyətində 42 oyun keçirib və 11 qol vurub. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI