01/03/2023
11:48
3871
| A A A
PSG-nin prezidenti adam oğurluğunda şübhəli bilinir

Fransanın PSG klubunun prezidenti Nasser Əl-Xəlaifi adam oğurluğu və və işgəncə verməkdə şübhəli bilinir.

Goal.az xəbər verir ki, bu iddia Fransada Əlcəzairin lobbiçiliyini edən Tayeb Benabderrahman tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, artıq Paris məhkəməsində üç hakimin sədrliyi ilə istintaq başlayıb.

Qeyd edək ki, daha əvvəl Benabderrahman 2020-ci ildə qətərli iş adamı haqqında bəzi məlumatları ictimaiyyətə açıqladığı üçün işgəncəyə məruz qaldığını iddia edib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI