16/06/2019
12:14
4989
| A A A
Real Madrid-dən Atletico Madrid-ə

Atletico Madrid Real Madrid-in yarımmüdafiəçisini heyətinə qatır.

Goal.az xəbər verir ki, növbəti mövsüm üçün “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın planlarında yer almayan Markos Lorente karyerasını Atletico-da davam etdirməyə yaxındır. Atletico-nun 40 milyon avro müqabilində heyətinə qatacağı futbolçu ilə 5 illik müqavilə bağlayacağı gözlənilir.

Transferin növbəti həftə rəsmi şəkildə açıqlanacağı bildirilir.

2016-cı ildən Real-ın şərəfini qoruyan 24 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 16 oyunda 2 qolla yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33808 səs